Arda millidən getdiyini açıqladı - “Hərəkətimə görə peşman deyiləm”

6 İyun 2017 18:32 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, dünya kubokunun seçmə mərhələsi çərçivəsində Kosova ilə oyundan əvvəl təyyarədə jurnalistə hücum etdiyinə görə milli komandanın baş məşqçisi Fatih Terim Ardanı komandadan qovub.

Bu hadisədən sonra Arda Turan mətbuatın qarşısına keçərək milli yığmadakı karyerasını başa vurduğunu, etdiyi hərəkətə görə peşman olmadığını bildirib:

“Mən yaxşı bir insan olmaq üçün çalışdım. Ailəmi, vətənimi çox sevirəm. Etdiyim hər bir hərəkətə görə cavab verməyə hazıram. Mən milli komandanın formasında təyyarədə bir səhv etdim. Ona görə Kosova ilə qarşılaşmaya çıxmadım. Haqqımda belə xəbər yayan hər kəsə eyni formada etiraz edəcəkdim. ”