Lənkəran sakini “laqunda” ilə ağzını kəsib

6 İyun 2017 19:16 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Velədi kəndində qeydə alınıb. Kənd sakini olduğu bildirilən 40-45 yaşlarında kişi “laqunda” ilə ağız nahiyəsini, üst dodağını kəsib.

Dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəsarət alan şəxsə tibbi yardım göstərilib və travmatologiya şöbəsinə yerləşdirilib.

Danışa bilmədiyindən onun şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir.