Sabirabadda avtomobil at arabasını vurdu, 3 nəfər yaralandı

6 İyun 2017 22:22 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaratoğay kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobili yolla hərəkət edən at arabasını vurub. Nəticədə arabada 2-si qadın, 1-i kişi olmaqla müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qaratoğay kənd sakinləri olduğu bildirilən yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.