Güclü külək ağacları aşırdı, magistral yolu bağladı (Foto)

6 İyun 2017 23:33 (UTC+04:00)

AzNews.az İstipress-ə istinadən xəbər verir ki, rayon sakini Qurbanov Azər Tahir oğlu sahədə kartof yığarakən idırım vurmasından dünyasını dəyişib.

Təbiət hadisəsinin yaratdığı başqa bir hadisə isə Ələt - Astara magistralının Cəlilabad rayonu ərazisindən keçən hissəsində iri gövdəli ağacların qırılmasına səbəb olub. Yolun hərəkət hissəsinə düşən ağaclar ölkənin əsas magistralında nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Həmçinin sahədə çiyələk yığan sahibkarların məhsulunu külək yola səpələyib.