Əhmədinejad ABŞ-a şərt qoydu

11 Fevral 2013 09:12 (UTC+04:00)
"Silahınızı İran xalqına tuşlamaqdan imtina etsəniz, mən özüm sizinlə müzakirə "İranla birbaşa müzakirə aparmaq təklifi irəli sürən ABŞ xalqımıza qarşı tuşladığı silahı kənara buraxmalıdır". APA-nın məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad fevralın 10-da 1979-cu il İslam inqilabının 34-cü ildönümü münasibətilə Tehranın "Azadi" meydanına toplaşmış yüz minlərlə ölkə vətəndaşına xitabən çıxışında bildirib.


Onun sözlərinə görə, müzakirə qarşılıqlı hörmət və ədalət prinsipinə söykənsə, bir məna ifadə edəcək: "Əgər silahınızı İran xalqına tuşlamaqdan imtina etsəniz, mən özüm sizinlə müzakirə masasına oturaram".

M.Əhmədinejad inqilabdan bəri supergüclərin İran xalqının inkişafını önləmək üçün hər cür təzyiq, sanksiya və təhdidə müraciət etdiyini, ancaq onların məğlubiyyətə uğradığını söyləyib: "Heç bir güc İran xalqının hədəflərinə çatmasına maneə törədə bilməz. Xalqımız zərrə qədər də olsa, haqlarından imtina etməyəcək. İranın nüvə gücü olmasına da əngəl törətmək istənilir. Halbuki bu gün artıq nüvə gücüyük".

İran prezidenti Qərb ölkələrinə çağırış edərək, nüvə mövzusunda da ən yaxşı yolun müzakirə və dialoq olduğunu deyib: "Hazırda heç kim mövcud vəziyyətdən razı deyil. Zorba və müstəmləkəçi güclər kompleks iqtisadi strukturlarla digər millətlərin sərvətlərini yağmalayır, onların pullarını öz ciblərinə qoyurlar. İmperialistlər və mədəniyyətsiz sionistlər çıxmaz küçədə hərəkət edirlər və artıq yolun sonuna gəlmişlər. Artıq kommunizm çöküb, kapitalizm də günlərini sayır". M.Əhmədinejad deyib ki, bu il iyunun 14-də keçiriləcək prezident seçkilərində xalq sandıq başına gedərək öz işıqlı gələcəyinə səs verəcək və ən yaxşı namizədi seçəcək.

AzNews.az