Səfirlik avtomobili qəzaya düşdü - Bakıda

7 İyun 2017 10:00 (UTC+04:00)

APA-nın məlumatına görə, Nəsimi rayonu, Bakıxanov küçəsində Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Nissan Patrul” markalı, 062 D 004 dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayon sakini, 10 NP 318 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az