İrandakı terror aktlarına görə məsuliyyəti “İŞİD” öz üzərinə götürdü

7 İyun 2017 11:48 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Parlamentə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İkinci hücum isə Ayətullah Xomeyninin türbəsi qarşısında baş verib. Türbəyə 3 nəfərin hücum etdiyi qeyd olunur. Burada 1 kamikadze özünü partladıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər 2 şəxs isə həbs edilib.

Parlamentə hücum edən şəxslər də 3 nəfər olub.

Onlardan biri həbs edilib.

Digər şəxsin isə üzərində partlayıcı var. Hazırda polislər onu mühasirəyə alıblar. Əməliyyatlar davam edir.

AzNews.az