Ev sahibi evdəki əşyalarla birlikdə yandı

7 İyun 2017 11:46 (UTC+04:00)

“Report”un məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində Rasim Rəsulovun yaşadığı evdə yanğın baş verib. Ev sahibi evdəki əşyalarla birlikdə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib. R.Rəsulovun meyitini yanğınsöndürənlər aşkarlayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az