25 minlik cins inəkləri 8 minə satdılar - Daha bir oğurluq

7 İyun 2017 14:41 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmin gün onlar bu barədə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək fermer təsərrüfatları üçün aldıqları ümumi dəyəri 25 min manatdan çox olan 8 baş cins inəklərinin otlaq sahəsindən oğurlandığını bildiriblər.

Əməliyyat qrupu hadisə yerinə gələrək müvafiq tədbirlər keçirib, Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə ediblər. Məlum olub ki, 3 nəfər naməlum şəxs həmin iri buynuzlu heyvanları otara-otara Goradil kəndi istiqamətinə aparıblar.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.

Kamera görüntüləri və əldə olunan əməliyyat məlumatları əsasında hadisəni törədənlərin şəxsiyyəti müəyyən edilib.

İyunun 6-da Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Ağayev, Seymur Ağayev və Allahşükür Şahbazov Binəqədi kəndi ərazisində saxlanılaraq RPİ-yə gətiriliblər.

Araşdırmalar zamanı onlar törətdikləri əməli etiraf ediblər. Aparılan tədbirlərlə onların ələ keçirdikləri həmin cins inəkləri dəyərindən qat-qat aşağı - cəmi 8 min manata satdıqları da müəyyən edilib.