Ronaldo etiraf etdi: “Saçlarımı diqqət yayındırmaq üçün kəsdirmişdim” (Foto)

7 İyun 2017 16:23 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə ilə matç zamanı Ronaldonun diz qapağında ağrılar başlayıb.

Xatırladaq ki, yarımfinal mərhələsində baş tutan matç 1-0 Braziliya milli komandasının qələbəsi ilə nəticələnmişdi.

Ronaldo qeyd edib ki, onun zədələnməsi mediyanın diqqətini cəlb etmişdi. Əgər o, zədənin ciddi olduğunu etiraf etsə idi, bu, rəqib üçün yaxşı fürsətə çevrilə bilərdi. Ona görə də Ronaldo bu barədə danışmamaq qərarına gəlib. Mediyanın diqqətini zədədən yayındırmaq üçün isə Ronaldo saçlarını qeyri-adi tərzdə kəsdirib.

“Matçdan sonra saçımı kəsdirdim və oteldəki bütün komanda yoldaşlarım mənə güldü. Lakin gördüm ki, zədəli olduğumu hər kəs unutmuşdu. Finalı rahat şəkildə oynadım” – deyə Ronaldo bildirib.

Bəxtiyar Abbasov

AzNews.az