Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - Myanmada

7 İyun 2017 16:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarənin qalıqları Andaman dənizində tapılıb.

Məlumata görə, təyyarədə 105 sərnişin, 11 ekipaj üzvü olub.

Qəza zamanı təyyarə ölkənin cənubundan Yanqon şəhərinə doğru hərəkət edirmiş.

Qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil.

Bəxtiyar Abbasov

AzNews.az