Şagirdlərə buraxılış vərəqəsi verilir

7 İyun 2017 17:59 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, bu gündən buraxılış imtahanında iştirak edəcək şagirdlərə “İmtahana buraxılış vərəqəsi”nin verilməsinə başlanıb. Şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov səhifənə daxil olaraq özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə həmin təhsil müəssisəsində təhsil alan bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şəxsiyyəti təsdiq edən sənədində şəkil olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı da https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov ünvanından yükləmək olar.

AzNews.az