Ermənilər Ağdamın işğal altında olan ərazilərinə od vurub

7 İyun 2017 18:10 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, alov əsasən Baş Qərvənd və “Gülçülük sovxozu” adlanan ərazidə müşahidə edilir.

Yanğının miqyası getdikcə genişlənir, yanğın artıq qoşunların qarşıdurma xəttinə keçib.

Yanğının tüstüsü cəbhəyanı bütün yaşayış məntəqələrindən aydın görünür.