FHN Bakıda yataqxanadakı yanğınla bağlı məlumat yayıb

7 İyun 2017 19:05 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, 5 mərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 15:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.