AzNews.az XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər zamanı X.Xələfovun Polşa Respublikası Prezidenti Administrasiyasının dövlət katibi, Prezident kabinetinin rəhbəri Kşıştof Şçerski və xarici işlər nazirinin müavini Bartoş Çıxotski ilə görüşləri olub. Görüşlərdə ikitərəfli münasibətlərə dair məsələlər müzakirə edilib və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda, nümayəndə heyəti üzvlərinin Polşa Respublikasının müvafiq qurumlarında görüşləri keçirilib.
Görüşlərdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov da iştirak edib.