AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Putin amerikalı məşhur rejissor Oliver Stounun çəkdiyi 4-seriyalı “Putin Müsahibələri” sənədli filmində bu barədə xəbərdarlıq edib.
Sənədli film iyun ayının 12-dən “Showtime” telekanlında yayımlanmağa başlayacaq.
Stoun Putinə “Müharibə olacağı təqdirdə ABŞ-ı üstün güc hesab edirsinizmi?” sualını ünvanlayıb. O, isə bu suala “Belə bir müharibədə kiminsə sağ qalacağına inanmıram” - deyə cavab verib.
Putin ABŞ-ın “NATO” ilə əlaqələrinə də toxunub. O, qeyd edib ki, “NATO” təşkilatı ABŞ-ın xarici siyasət alətinə çevrilib. Onun sözlərinə görə, “NATO” müttəfiqlərdən deyil, ABŞ-a tabe olan ölkələrdən təşkil olunub.
Putin bildirib ki, “NATO”nun sərhədlərini genişləndirməsi Rusiyanı da buna qarşı tədbirlər görməyə vadar edir.
Bununla belə, Putin iki ölkə arasında münasibətlərin normallaşması üçün hələ də ümidlərin qaldığını ifadə edib.
Bəxtiyar Abbasov
AzNews.az