KamaIə Ağazadə uşaq evində işgəncə verilən 18 yaşlı qızdan danışdı: “Onu aldadıblar”

8 İyun 2017 12:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Şəki Qarışıq Tipli Uşaq Evində 18 yaşlı qıza işgəncə verilməsi ilə bağlı videogörüntünü şərh edərkən deyib. Sədr hesab edir ki, videogörüntüdə qərəz var və bu məsələ araşdırılmalıdır:

“Qərəzli hazırlanıb. Ayselin səhhətində problemin olduğu hiss olunur, uşaqda qüsur var. Bu o demək deyil ki, Aysel öyrədilməyib. Biz bunu kökündən araşdıracayıq. Şəxsən özüm Şəkiyə gedəcəm, müəssisənin rəhbərliyi ilə görüşəcəm.”

Kamala Ağazadə qeyd edib ki, əgər videogörüntüdə deyilənlər təsdiqini tapmazsa, sözü gedən uşaq müəssisəsi məsələ ilə bağlı hüquq-mühafizə orqanlarna müraciət etməlidir: “Müəssisəyə xələl gətirilib. Ayselin qəyyumu dövlətdir. O, razılıq almadan uşaqla ünsiyyətə girməyi qanunaziddir. Diqqətlə baxsanız görəcəksiniz ki, Ayselə verilən suallar yayındırıcıdır, sanki onu aldadırlar. Uşağı hədəfə gətirib. Problemi olan uşaqdır, onün özündən istifadə olunub.”

“Uşaq Evlərinə Qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov Şəki Qarışıq Tipli Uşaq Evindən əks olunan videogörüntü yayıb. Videogörüntüdə müsahibə verən 18 yaşlı Aysel ona işgəncə verildiyini deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az