Marsın üzərindəki dəlik alimləri təəccübləndirdi

8 İyun 2017 12:56 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər dəliyin xarici və ya daxili proseslər nəticəsində yaranmasını müəyyən etmək üçün araşdırmaya başlayıblar.

Marsın üzərində xarici təsirlərdən yaranmış çoxlu sayda kraterlərin olması məlum faktdır. Lakin bu dəliyin dərinliyə doğru uzanması onun fərqli relyef forması olduğunu göstərir. Alimlər güman edir ki, əgər “İsveçrə Pendiri” adlanan ərazidə yaranmış bu dəlik daxili proseslərin nəticəsidirsə, həmin bölgədə torpağın alt qatlarında su və ya hər hansı bir maye qaynağının olması ehtimalı yüksəkdir.

Bölgənin fotogörüntləri Mars Kəşfiyyat Peyki vasitəsi ilə əldə olunub.

Bəxtiyar Abbasov

AzNews.az