15 yaşlı sevgilisinə qarşı seksual hərəkət edən gəncə hökm oxundu

8 İyun 2017 14:00 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Ayxan Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il Suraxanı rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Ayxan Məmmədov sevgi münasibətində olduğu 15 yaşlı Nigarın (ad şərtidir) evinə gedərək ona seksual xarakterli hərəkətlər edib. Məsələdən xəbərdar olan qızın valideynləri hüquq-mühafizə orqanlarına məlumat verib. Ayxan Məmmədov saxlanılıb. Ona Cinayət Məcəlləsinin 150-ci( seksual xarakterli hərəkətlər törətmək) maddəsi ilə ittiham verilib.

AzNews.az