Bakıda bina yandı

8 İyun 2017 15:13 (UTC+04:00)

APA-nın hadisə yerindən olan müxbiri xəbər verir ki, Əcəmi Naxçıvanı küçəsində çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki mənzillərdən birində yanğın olub. Yanğına elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu bildirilir.

Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib, yanğının qarşısı alınıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

AzNews.az