Dayanacaq əvvəlki yerinə qaytarılır

8 İyun 2017 15:25 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyindən AzNews.az-a verilən məlumata görə, köçürülmə ilə əlaqədar olaraq Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkətin təhlükəsizliyi baxımından önəmli olan vacib tədbirlərin icrasını həyata keçirib. Nəqliyyat Mübadilə Mərkəzinin perronlarına daxil olacaq avtobusların sürətini azaldan xüsusi maneələr quraşdırılıb. Marşrutlar üzrə avtobusların hansı dayanacağa daxil olması ilə bağlı məlumat löhvələri qoyulub. Həmçinin, dayanacaq pavilyonlarının üzərinə də bununla bağlı məlumatlar qeyd edilib.