“İŞİD” Mosulda mülki şəxsləri hədəfə alıb – 231 nəfər öldürüldü

8 İyun 2017 16:37 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, BMT İnsan Haqları Ofisindən verilən məlumata görə, “İŞİD” terrroçuları döyüşlərdə mülki şəxsləri də hədəfə almaqdan çəkinmir.

Əsasən, Şifə rayonundan qaçmağa çalışan mülki şəxslər öldürülüb. Hazırda minə yaxın insanın “İŞİD”in nəzarəti altında olan torpaqlarda mühasirədə qaldığı qeyd edilir.

Mosul şəhəri uğrunda döyüşlər indi də davam edir.

İraq hərbi qüvvələri şəhəri terrorçulardan azad etmək üçün oktyabr ayında irimiqyaslı əməliyyatlara start vermişdilər.

Bəxtiyar Abbasov

AzNews.az