Binəqədidə hündürmərtəbəli binada yanğın olub

8 İyun 2017 19:03 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, hadisə nəticəsində binanın 12-ci mərtəbəsində ümumi sahəsi 120 kvadratmetr olan 3 otaqlı mənzilin bir otağı əşyaları ilə birlikdə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.