Azərbaycan neftinin qiyməti ucuzlaşdı

8 İyun 2017 22:34 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 45,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 7-də 47,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.