Bakı bulvarında bir nəfət özünü dənizə atdı, FHN meyitini çıxardı (Video)

8 İyun 2017 22:55 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəxsiyyəti hələ ki, məlum olmayan 55-60 yaşlı bir nəfər intihar məqsədi ilə özünü dənizə atıb.

Ətrafa xeyli insan yığılsa da, boğulan kişini xilas etmək üçün suya atılan tapılmayıb. Daha sonra FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib və vətəndaşın cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Şahidlər hadisə ilə bağlı videonu “Qafqazinfo”ya göndəriblər.