Rusiyalı jurnalistdən Nalbandyana gözlənilməz sual: “Qarabağdan nə vaxt çıxacaqsınız?”

8 İyun 2017 23:19 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, səfəri zamanı italiyalı həmkarı Angelino Alfano ilə görüşüb.

Görüşdən sonra baş tutan mətbuat konfransında jurnalistlərdən biri Nalbəndyana gözlənilməz sual verib. Rusiyalı jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə vaxt çıxacaqsınız?” sualı qarşısında əlacsız qalan Nalbəndyan “Deyəsən bu sual Bakıda yazılıb” cavabını verib.