Qəbiristanlıqda silahlı insident: ölən var

11 Fevral 2013 10:28 (UTC+04:00)


Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisindəki qəbiristanlığın yaxınlığında, Bülbülə gölü yaxınlığındakı qamışlıqda 1985-ci ilə təvəllüdlü Əliyev Yusif Yunis oğlu tüfənglə güllələnərək qətlə yetirilib.

Verilən digər məlumata görə, Y.Əliyev qəbiristanlıqda bir neçə nəfərlə dava edib. Bu zaman onun qohumu olan şəxs yaxınlıqdan atəş açıb və qətl törədib. Hadisə yaxınlığında olan şəxs dərhal sonra qəbiristanlıqda dəfn mərasimində iştirak edən şəxslərə yaxınlaşıb. O, qamışlıq sahədə yaralının olduğunu və onu xəstəxanaya çatdırılması üçün kömək istəyib. Lakin artıq gec olub. Y.Əliyevin bədənində çoxsaylı qırma yaraları aşkarlanıb.

Fakt əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb. Araşdırmalar davam etdirilir. əldə etdiyimiz məlumata görə, hadisəni törədən şəxs artıq saxlanılıb.

AzNews.az