Kişi arvadını və övladlarını qətlə yetirdi - Mingəçevirdə dəhşət + Yenilənib

9 İyun 2017 10:33 (UTC+04:00)

“Report”un Şirvan bürosunun məlumatına görə, o, həyat yoldaşı Aynurə Hüseynovanı, oğlu, 2-ci sinif şagirdi Hüseyn Hüseynovu və 5 yaşlı qızı Mədinə Hüseynovanı ailə münaqişəsi zəminində qətlə yetirib.

***

10:22

Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə şəhərin ərazisində baş verib.

Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib.

Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.

Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəliblər.

Hadisəni törədən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub.

AzNews.az