Pakistan Qətərə qoşun göndərir

9 İyun 2017 10:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Pakistan ərəb ölkələrini Qətərlə bağlı yaranmış siyasi böhran fonunda mötədil davranmağa çağırıb.

Pakistan Qətərlə iqtisadi əlaqələrini də davam etdirəcəyini qeyd edib.

Xatırladaq ki, 9 ərəb ölkəsi Qətəri terrorizmə dəstək verməkdə ittiham edir. Sözügedən ölkələr Qətərlə diplomatik əlaqələri dayandırıblar.

Pakistandan əvvəl Türkiyə Böyük Millət Məclisi də Qətərə qoşunların göndərilməsi ilə bağlı qərar qəbul edib.

Bəxtiyar Abbasov

AzNews.az