Azərbaycana 5G gətirilir- Bakcell

9 İyun 2017 13:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Bekers bugünkü mətbuat konfransında bildirib. Onun sözlərinə görə, mobil internet şəbəkəsində texnologiyalar xeyli irəliləyib:

"Bizim üçün ən vacibi istifadəçilərin təəsüratlarıdır. Biz hər yeniliyi onların istəyi əsasında edirik. Yüksək sürəti hazırda Bakı və Abşeron yarmadasının hər yerində aktivdir. Gələcəkdə isə eyi texnologiyalar Azərbaycanın bütün regionlarında həyata keçiriləcək. Fəxr edirik ki, belə bir mükafata layiq görülmşük.”

Nikolai Bekers qeyd edib ki, 2017-c ildə "Bakcell" MMC 149 yeni 3G şəbəkə stansiyası quraşdırıb: “Şikrət əsas diqqəti bölgələrə yönəldib. 3G şəbəkəsi ilə bərabər yeni nəsil 4G və LTE şəbəkəsinin də genişlənməsi nəzərdə tutulur. Bu il ərzində ölkədə 186 yeni "4G Advance" şəbəkəsi quraşdırılıb. Bu şəbəkə əsasən Bakının Ələt, Qarabağ tərəfdə iri miqyaslı sənaye müəssisələri quraşdırılıb. Bu prosesin əsas məqsədi istifadəçilərin rahatlıqla internetdən faydalanmasıdır.”

Şirkət rəhbəri onu da vurğulayıb ki, istifadəçilərin mobil şəbəkəyə təlabatı kəskin şəkildə artmaqdadır: “2017-ci ildə həm də proqnoz lahiyələr nəzərdə tutulub. Bu da sözsüz olaraq bizi şirkətə daha çox sərmayə yatırmağa vadar edir.”

Baş icraçı direktor sonda əlavə edib ki, gələcəkdə "Bakcell" 5G şəbəkəsinin istismara verilməsində maraqlıdır: "Bu şəbəkənin fəaliyyətə başlaması üçün şirkət ilk növbədə lisenziya almalıdır. Bununla bağlı heç bir şirkətə verilməyib. Bu, vaxt məsələsidir. İnanıram ki, gec-tez 5G şəbəkəsi Azərbaycana gələcək".

Bahar RÜSTƏMLİ

AzNews.az