Ərdoğanın kürəkəni Natiq Əliyevin vəfatı ilə bağlı başsağlığı verib

9 İyun 2017 18:43 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, B. Albayrak bildirib ki, mərhum nazirin Azərbaycanın enerji sektorundakı xidmətləri və rolu, ölkəsinə verdiyi töhfələr unudulmayacaq:

“Natiq Əliyevin Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri, TANAP layihəsi başda olmaqla, bir çox layihənin həyata keçirilməsində böyük xidmətləri olub. Vəfat xəbərini təəssüflə öyrəndim. Onun Azərbaycanın enerji sektorunda yerinə yetirdiyi vəzifə, həyata keçirdiyi işlər və ölkəsinə verdiyi töhfələr unudulmayacaq. Natiq Əliyev hər zaman ölkəmizdə də xatirələrdə yaşayacaq və rəhmətlə yad ediləcək”.