Gəncədə sərnişin avtobusu minik avtomobili ilə toqquşdu

9 İyun 2017 20:35 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində, 41 nömrəli orta məktəbin qarşısında baş verib.

Belə ki, 20 nömrəli xətt üzrə işləyən "İzusu" markalı sərnişin avtobusu ilə "VAZ-2109" markalı minik avtomobili toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.