Toya zirehli maşında gəldilər - Video

10 İyun 2017 00:00 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə Smolenskdə baş verib. Gəlinlə bəy nigah salonuna kəşfiyyat-gözətçi zirehli maşınında gəliblər.

Əvvəlcə zirehli maşının fonunda şəkil çəkdirən gəlin daha sonra maşının kabinəsinə daxil olmağa çalışır. Gəlin hündürdaban ayaqqabıdan imtina edərək rahat idman ayaqqabısı geyinib.