Qadın ailə münaqişəsi zəminində intihara cəhd etdi

9 İyun 2017 23:06 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Aşağı Ayıblı kənd sakini, 1992-ci il təvəllüdlü Tünzalə Fərhad qızı Əliyeva yaşadığı evdə ailə münaqişəsi zəminində əkin sahələri üçün nəzərdə tutulan dərmandan içərək özünü öldürmək istəyib.

Ağır vəziyyətdə yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılan qadına həkimlər tərəfindən tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.