Azərbaycan neftinin qiyməti ucuzlaşır

9 İyun 2017 23:26 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 8-də 47,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 8-də 45,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,58 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 8-də 46,59 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel çoxdur.