Natiq Əliyevin cənazəsi Bakıya gətirilib

10 İyun 2017 09:46 (UTC+04:00)

AzNews.az apa-ya istinadən xəbər verir ki, cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.

Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.