Əli Mirəliyevdən “1000 manatlıq” qalmaqalına münasibət: “Onlar 10 manata...”

10 İyun 2017 11:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərin arxasında dayananlar var:

“İnsan alveri edən şəxs Azərbaycanda necə fəxri ad ala bilər? Hər kəs bilir ki, mən işarəni kimə vururam. Bunlar özləri ilə bərabər xalqı da ələ salırlar. Xalqımızın çörəyi onların burnundan gəlsin. Mədəniyyətə qulluq edən insan lazımdır. Bunlar mədəniyyətə deyil, gödəniyyətə qulluq edirlər. Mədəniyyət isə kənarda qalıb. Ara mahnıları oxuyanlara Xalq, Əməkdar artist fəxri adı verirlər. Belə şey olar?! Kimdir bunlara şərait yaradıb, onları dəstəkləyən? “

Əli Mirəliyev aktrisa Tunay Əliyevanın Pərvin Abıyevanın ünvanına səsləndirdiyi “1000 manatıq” biabırçı ittihamına da aydınlıq gətirib:

“Biabırçılıqdır. Bilinmir ki, kişidirlər yoxsa qadın. Kişilikdə danışırlar, hər şalvar geyinən kişi olur? Özlərinə marka da qoyurlar-1000 manat. 1000 yox ey, onlar 10 manatlıqdır. Günahkar bunları efirə çıxaranlardır. Maviləri efirə niyə çıxarırsınız? Biri efirdə ailədən danışır, özü də onu iki kişi saxlayır. Yazıq arvad bilsəydi ki, doğduğu sonradan belə olacaq onu abort etdirərdi. Utanmadan səs istəyirlər. Kimdən istəyirsən səsi? Öz taylarından?

Bahar RÜSTƏMLİ

AzNews.az