Bakıda AĞIR QƏZA: 1 ÖLÜ, 3 YARALI

10 İyun 2017 11:34 (UTC+04:00)

AzNews.az lent.az-a istinadən xəbər verir ki, Bakı-Ələt magistralının 29-cu kilometrliyində - Yol Patrul Xidmətinin Qaradağ postunun yaxınlığında 01 BU 120 dövlət qeydiyyat nişanlı "Mercedes" qəzaya uğrayıb. Avtomobilin idarəetmədən çıxaraq yolun ortasındakı metal çəpərlərə çırpılması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Ölən və yaralananların hamısı gənc oğlanlardır.

Faktla bağlı araşdırma aparılır.