Natiq Əliyev II Fəxri xiyabanda dəfn olunub - YENİLƏNİB 2 -Fotolar

10 İyun 2017 14:24 (UTC+04:00)

APA-nın məlumatına görə, DTX-nın Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminin ardından N. Əliyevin cənazəsi II Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

AzNews.az

Fotolar "Qafqazinfo"nundur

***

13:29

Mərhum nazir Natiq Əliyevlə vida mərasimi keçirilib.

AzNews.az apa-ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, N. Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.

ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə N. Əliyevlə bağlı xatirələrini bölüşüb. O, N. Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını bildirib.

"Azərenerji" ASC prezidenti Etibar Piverdiyev də N. Əliyevin faydalı ömür sürdüyünü söyləyib.

"Azərişıq" ASC-nin sədri Balababa Rzayev N. Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.

N. Əliyevin oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib: "O, gözəl ata, ailə basçısı idi".

F. Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasiminə qatılanlara da minnətdarlığını bildirib.

Bununla da vida mərasimi başa çatıb.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

****

11:46

AzNews.az “qafqazinfo”ya istinadən xəbər verir ki, nazirin cənazəsi Heydər Məscidində yuyulduqdan sonra Bakı Mədəniyyət Mərkəzinə gətirilib. Rəsmi vida mərasimi saat 12.00-dan 14.00-a kimi davam edəcək.

Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edir.

Qeyd edək ki, N. Əliyev ötən gün Türkiyədə vəfat edib.