Avtomobil idxalı 19% artıb

10 İyun 2017 16:00 (UTC+04:00)

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424 ədəd və yaxud 18,99% çoxdur.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 4 ədəd və yaxud 12,5% artaraq 36-ya, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin idxalı 301 ədəd və yaxud 15,5% artaraq 2 240-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 143 ədəd və 70,1% artaraq 347-yə çatıb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 24 ədəd və ya 41% azalaraq 34-ə enib.

AzNews.az