Mingəçevirdə azyaşlı xilas edildi

10 İyun 2017 16:41 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Mingəçevir Su anbarında 1 azyaşlının çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq azyaşlını sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:32-də başa çatıb.​