Silsilə oğurluq edən şəxslər tutuldu

10 İyun 2017 17:31 (UTC+04:00)

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini Şamo Qasımov Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) müraciət edərək evindən 5 000 manatdan artıq dəyəri olan məişət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.

Şəki ŞRPŞ-də dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən tədbirlər zamanı oğurluqda şübhəli bilinən şəhər sakinləri - Fərhad Fərhad oğlu Məmmədov və Ümidvar Nəriman oğlu Məmmədov tutulub.

İstintaq zamanı məlum olub ki, onlar hazırda Rusiyanın Moskva şəhərində yaşayan Nəzakət Ramazanovanın və Bakı şəhərində yaşayan vətəndaşların Şəkinin ayrı-ayrı ünvanlarında olan evlərindən də əşyalar oğurlayıblar.

Faktla bağlı Şəki ŞRPŞ-də cinayət işi başlanılıb, oğurluq edənlərin digər əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

AzNews.az