AzNews.az xəbər verir ki, o, Trampın çıxışınının Qatarla əlaqəsini kəsən ölkələrin başçılarının fikirlərinə dayandığını qeyd edib. Qatarın terrorla mübarizədə böyük səy göstərdiyini və bu mövzuda başda Vaşinqton rəhbərliyi olmaq üzrə, bir çox müttəfiq ölkələrlə çalışdıqlarını vurğulayan Əl Sani, ABŞ-Qətər arasında tarixi əlaqələr olduğunu qeyd edib.
Tramp, dünən Rumıniya prezidenti Klaus Lohannis ilə Ağ Evdə təşkil etdiyi ortaq mətbuat konfransında, Qatarın terrora dəstək verdiyini irəli sürərək, "Qatar, tarixən ən çox terrora dəstək verən ölkə olub. Terrorizmin maliyyəsini dayandırmalıyıq. Danışıqlarımızın nəticəsi olaraq Qatara terrorun maliyyəsini sona çatdırması üçün müraciət etməyə qərar verdik" deyə qeyd edib..