Üzüm yarpağı yığarkən hündürlükdən yıxıldı - Dəmir parçası...

10 İyun 2017 21:04 (UTC+04:00)

APA-nın qərb bürosunun xəbərinə görə, Şəmkir rayonunun Çinarlı kənd sakini 1992-ci il təvəllüdlü Nəbiyeva İlahə qarının ön divarının kəsilmiş yarası xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Yaxınlarının deməsinə görə, Nəbiyeva üzüm yarpağı yığarkən hündürlükdən yıxılıb və yerdəki dəmir parçası onun qarın nahiyəsinə batıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az