“Bu, ən üzücü məğlubiyyət oldu” - Rəşad Sadıqov

10 İyun 2017 23:10 (UTC+04:00)

"Report"un məlumatına görə, bunu Azərbaycan milli komandasının futbolçusu Rəşad Sadıqov evdə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra deyib. Kapitan özünü pis hiss etdiyini və bu səbəbdən, əlavə suallara cavab verə bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan millisi Şimali İrlandiyaya uzatma dəqiqələrində buraxdığı qolla uduzub.

AzNews.az