Prosineçki əsəbiləşib stəkanı qırdı - Foto

11 İyun 2017 15:51 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, hadisə mətbuat konfransında baş verib.

Xorvatiyalı mütəxəssis Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair iddialara münasibət öyrənən jurnalistlərin davamlı suallarının cavabında "Mənim getməyimi istəyirsiniz?" deyərək, əlindəki stəkanı masanın üzərinə atıb. Nəticədə stəkan qırılıb.

Həmin görüntünü şimali irlandiyalı jurnalist Liam Blekbern şəxsi "Twitter" hesabından paylaşıb.