Türkmənistan prezidenti Azərbaycana yeni səfir təyin edib

11 İyun 2017 16:47 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədov Məkan İşanquliyevə fövqəladə və səlahiyyətli səfir dərəcəsinin verilməsi barədə fərman imzalayıb.

Dövlət başçısı digər fərmanla onu Türkmənistanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri təyin edib.