Saxta diplom satan Azərbaycan vətəndaşı tutuldu - Rusiyada

11 İyun 2017 17:16 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, polis Azərbaycan vətəndaşını Moskvanın Aeroport rayonunda ali təhsillə bağlı hazırladığı saxta diplomu satarkən saxlayıb.

Faktla bağlı cinayət işi açılıb. Azərbaycan vətəndaşını 2 il azadlıqdan məhrumetmə cəzası gözləyir.