19 yaşlı qadın özünü binadan atdı

11 İyun 2017 20:41 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Həsənova Roza Əlövsət qızı ailə münaqişəsi zəminində özünü yaşadığı binann ikinci mərtəbəsindən yerə atıb. Hadisə Şah İsmayıl Xatai prospektində baş verib.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.