Şəmkir-Gədəbəy yolunda qəza - “Qazel” aşdı, yaralılar var

11 İyun 2017 20:37 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə avtomobil yolunun “Yasamal aşırımı” adlanan hissəsində, Şəmkir rayonu ərazisində qeydə alınıb.

“Qazel” markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq yol kənarına aşıb.

xəsarət alanlar Gəncə şəhər sakinləri 1957-ci il təvəllüdlü Əliyeva Sədaqət və 1970-ci il təvəllüdlü Səfərov Ceyhundur.

C.Səfərovun vəziyyəti normal, S.Əliyevanın isə orta ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.